"Sənədlər Azərbaycan və Rusiya prezidentləri tərəfindən inçəliklə işlənilib, ancaq Ermənistan qəbul etmir" - Nazir

8-03-2017, 10:58           
"Sənədlər Azərbaycan və Rusiya prezidentləri tərəfindən inçəliklə işlənilib, ancaq Ermənistan qəbul etmir" - Nazir
Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra xarici işlər nazirləri səviyyəsində görüşün olacağı planlaşdırılır. Sənədlər Azərbaycan və Rusiya prezidentləri tərəfindən inçəliklə işlənilib, ancaq Ermənistan qəbul etmir.

Bunu SalamNews-a və İnterAz-a eksklüziv müsahibəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov deyib.

- Cənab nazir, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hər hansı bir anlaşılmazlıq varmı? Rusiya Federasiyası ilə münsibətləri necə qiymətləndirirsiniz?

- Bizim Rusiya ilə heç bir anlaşılmazlığımız yoxdur. Rusiya Federasiyası ilə biz çox yaxından dostluq edirik. Ən əsası isə qarşılıqlı hörmət əsnasında münasibətlərimiz inkişaf edir. Ona görə ki, biz hesab edirik ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında münasibətlər qarşılıqlı fayda müstəvisində qurulub, əlaqələrin inkişafından hər iki dövlət xeyir görür. Buna görə də biz biri birimizə hörmət edir və inkişaf edirik.

- İki ölkə arasında münasibətlərin bu qədər yaxşı olmasına görə mümkündürmü ki, Azərbaycanla Rusiya Federasiyası arasında ikili vətəndaşlıq yaradılsın?

- Bu mövzunu Rusiya Federasiyası Xarici İşlər Naziri Serqey Lavrovla müzakirə etdik. İkili vətəndaşlıq nə Azərbaycan, nə də ki, Rusiya qanunvericiliyində nəzərdə tutulmayıb. Azərbaycan qanunvericiliyində belə qanun birmənalı yoxdur. Yox, əgər Azərbaycan pasportu istifadə edən RF və ya digər ölkələrin vətəndaşları qeydə alınarsa, onlar ilə Azərbaycan prokurorluğu və Daxili İşlər Nazirliyi məşğul olacaq.

- Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyasının rolunu neçə qiymətləndirirsiniz? Problemin həlli istiqamətində yenilik varmı?

- Rusiya tərəfi həmsədr ölkə olaraq bu problemin, həqiqətən də çözülməsinə çalışır. Bunu görmək olur. Hər kəs anlayır ki, məntiqli danışıqlar olmalıdır. Ermənistanda parlament seçkilərindən sonra xarici işlər nazirləri səviyyəsində görüşün keşirilməsi planlaşdırılır. Sənədlər Azərbaycan və Rusiya prezidentləri tərəfindən inçəliklə işlənilib, ancaq Ermənistan qəbul etmir. İlk növbədə onlar qoşunları işğal olunmuş torpaqlardan çəkməlidirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.