Mey Abeyə dəstək verdi: Birlikdə hərəkət edəcəyik

31-08-2017, 22:39           

Böyük Britaniyanın Baş naziri Tereza Mey Tokioda bu ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasında iştirak edib.

Axar.az xəbər verir ki, T.Mey avqustun 31-də yapon həmkarı Şinzo Abe tərəfindən Baş nazirin iqamətgahında keçirilən MTŞ-nin xüsusi iclasına dəvət olunub.

İclasda çıxış edən Ş.Abe bildirib ki, Yaponiya və Böyük Britaniya bütün dünyada sülhün və sabitliyin birlikdə qorunması roluna sadiqdirlər.

Şimali Koreyanı tənqid edən Ş.Abe vurğulayıb ki, bu ölkə Yaponiyanın şimal hissəsi üzərindən uçan raketin sınağını keçirməklə bir daha onun ölkəsini təhqir edib.

Ş.Abe bəyan edib ki, Yaponiya və Böyük Britaniya Şimali Koreyanın təhdidlərinə qarşı dayanmaq üçün birlikdə çalışmalıdırlar.

T.Mey öz növbəsində bəyan edib ki, Yaponiya Asiyada Böyük Britaniyanın ən yaxın tərəfdaşıdır və onun ölkəsi təhlükəsizlik sahəsində də Yaponiyanın ən yaxın tərəfdaşı olacaq.

Xanım Baş nazir qeyd edib ki, bu iki ölkə Şimali Koreyadakı rejimin təhdidlərinə cavab verə bilmək üçün əlbir fəaliyyəti daha da gücləndirməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru