Gürcüstan prezidenti Putinə cavab verib

20-07-2018, 00:32           
Gürcüstan prezidenti Putinə cavab verib
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili rusiyalı həmkarı Vladimir Putinin Gürcüstanın NATO ilə münasibətlərinə dair son bəyanatına münasibət bildirib.

Teref.az-ın APA.az- istinadən məlumatına görə, G. Marqvelaşvili Gürcüstanın NATO ilə əməkdaşlığının regionda təhlükəsizliyə xidmət etdiyini və Rusiyanın cənub sərhədlərində sabitliyə kömək etdiyini bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Lakin etibar qonşu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bərpa oluna bilməz”.

Qeyd edək ki, V. Putin bu gün Ukrayna və Gürcüstanı NATO-nun tərkibinə qatmağa çalışanları bu məsuliyyətsiz qərarın nəticələri barədə düşünməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru