Ə.F.Qarayev adına 2saylı kliniki uşaq xəstəxanasında nələr baş verir: "..uşağınıza işlənmiş şprist vurmamışam ki, istəsəydim, işlənmiş şprist də vura bilərdim, nə bilərdiniz?!. "

4-12-2018, 08:09           
Ə.F.Qarayev adına 2saylı kliniki uşaq xəstəxanasında nələr baş verir: "..uşağınıza işlənmiş şprist vurmamışam ki, istəsəydim, işlənmiş şprist də vura bilərdim, nə bilərdiniz?!. "
Teref.az olaraq dəfələrlə səhiyyədə baş alıb gedən özbaşınalıqlardan və korrupsiya faktlarından yazmışıq. Bu dəfə isə sosial səbəkə istifadəçisi Zaur Qəriboğlunun statusunu sizə təqdim edəcəyik. Əgər Səhiyyə Nazirliyinin Ə.F.Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasında nə baş verdiyindən xəbəri yoxdursa onda baş verənləri bu statusu oxuyub xəbər tuta bilər.Artıq xəstə uşaqların valideynlərini uşaqlarına "işlənmiş şrits" vurmaqla qorxudaraq onlıardan pul tələb edirlər. Bütün bunlar dövlət büdcəsində səhiyyəyə milyonlarla pul ayrılması fonunda baş verir.
Teref.az olaraq Zaur Qəriboğlunun statusunu sizlərə təqdim edirik:
"Заур Гарибоглу
6 ч. ·
İCTİMAİLƏŞDİRƏK!
Bu gün övladım Duyğunu
A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına yerləşdirmişəm. Axşam reanimasiya həkimi Şəhla xanım uşağa baxdıqdan sonra anasından pul istəyib. Anasının cibindəki sonuncu 6 manatı alaraq: “Bu nədir, ərin səni bura qoyub gedəndə, cibinə pul qoyardı da. Çağır, denən, pul gətirsin. Baş həkim bizə dərman vermir, özümüz alırıq”. Həkimin çağırışı üzrə xəstəxanaya getmişəm, məsələni öyrənirəm, həkim təkrar mənə deyir ki, uşağınıza işlənmiş şprist vurmamışam ki, istəsəydim, işlənmiş şprist də vura bilərdim, nə bilərdiniz?!.
Sual verirəm: 2018 - ci ilin dövlət büdcəsindən A.F.Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına ayrılan vəsait hara sərf olunub ki, reanimasiya həkimi onlara dərman verilmədiyini iddia edir?!.
...Və artıq övladımın adı çəkilən xəstəxanada müalicəsini təhlükəli hesab edirəm. Kim mənə qarantiya verə bilər ki, həmin həkim övladıma bilərəkdən, nəsə etməyəcək?! Bəlkə, elə bir şey edəcək ki, neçə il sonra biruzə verəcək?!.
P.S: Həkimin danışıqları səs yazısı olaraq, məndədir. Sabah həkim barədə ciddi tədbir görülmədiyi təqdirdə, səs yazısənı Reaksiya TV vasitəsiylə mətbuatda yayımlayacağam.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
#Səhiyyə Ə.F.Qarayev adına 2saylı kliniki uşaq xəstəxanası
#Həkim"

Teref.azolaraq Səhiyyə Nazirliyinin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.