Deputatlığa namizəd üzləşdiyə mənzərədən şoka düşdü... və halı pisləşdi

20-10-2015, 10:22           
Deputatlığa namizəd üzləşdiyə mənzərədən şoka düşdü... və halı pisləşdi
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Ağalar Vəliyevin başına iş gəlib. JAM.AZ xəbər verir ki, hazırda deputat olan Vəliyev Qaradağdan deyil, Goranboydan namizəd olmaqla ciddi səhvə yol verdiyinin fərqinə varıb. Xüsusən də, seçki təbliğatı apararkən kəndlərdə keçirdiyi görüşlər zamanı üzləşdiyi mənzərələrdən sonra bu düşüncələri daha da artıb.

Verilən məlumatlarda deyilir ki, ötən günlərdə Goranboy rayonunun Şəfəq, Yeni-yol və Xanqərvənd kəndlərində görüşlər keçirən Ağalar Vəliyev şoka düşüb. Şoka düşməsinə səbəb isə görüşə gəlmiş seçicilərin bir çoxunun onu fitə basması olub. Redaksiyaya məlumat verən mənbənin sözlərinə görə, deputat camaatla görüşən zaman bir qrup şəxs ona etiraz olaraq fitə basıblar. Bundan bərk narahat olan Vəliyevin halının pisləşdiyi deyilir. Və onun görüş yerini təcili olaraq tərk etdiyi vurğulanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.