Laçın ƏSMM-də özbaşınalıq
20-10-2015, 13:16
Mərkəzin direktoru Arif Feyzullayev vətəndaşın ünvanlı sosial yardımını verməmək üçün min bir hoqqadan çıxır
Laçından olan məcburi köçkün, hazırda Taxta Körpü deyilən ərazidə yaşayan Elçin Məmmədov ölkənin bütün rəsmi qurumlarına müraciət ünvanlayıb. JAM.AZ xəbər verir ki, onun əsas şikayəti Laçın rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəhbəri Arif Feyzullayevdəndir.
Elçin Məmmədov yazır ki, Laçın SMM-in direktoru ona haqsız olmaqla yanaşı, qanunsuz şəkildə problem yaradır. “Mənə 2014-cü ilin dekabrından 2015-ci ilin mayına qədər verilməli olan ünvanlı sosial yardım kəsiblər. SMM-in direktoru isə götürüb məhkəməyə verərək, pulumu kəsdirmək istəyib. Lakin Laçın Məhkəməsi qaldırılmış iddianı geri qaytarıb. İddiadan protest verilmə müddəti də başa çatıb. Amma Arif Feyzullayev bütün vasitələrdən yararlanaraq, məni yenidən məhkəməyə verməyə çalışır”.
JAM.AZ-a danışan rayon sakini bidirib ki, guya, Bakıdan zəng vuraraq, deyiblər ki, Elçin Məmmədovun ünvanlı sosial yardımını dayandırsınlar. “Bilirəm ki, deyilənlərin əksəriyyəti yalandır. Ona görə də, dövlət başçısı olmaqla bütün məmurlardan xahiş edirəm ki, Laçın ƏSMM-də baş verən neqativ halları aradan qaldırın”.