Mikayıl Cabbarov dərsliklərimizin evini yıxan şəxsi işdən atdı - Cəzanın davamı olacaqmı?

21-10-2015, 10:34           
Mikayıl Cabbarov dərsliklərimizin evini yıxan şəxsi işdən atdı - Cəzanın davamı olacaqmı?
Redaksiyamıza Təhsil Nazirliyində növbəti kadr islahatının həyata keçirilməsi ilə bağlı informasiya daxil olub. DİA.AZ-a bildirilənə görə, son qərarla təhsil naziri Mikayıl Cabbarov nəhayət ki, dərsliklərimizin bərbad hala salınması məsələsinə tam da olmasa, adekvat olaraq reaksiya verib.

DİA.AZ-ı bilgiləndirən mənbəyə görə, nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı vəzifəsindən kənarlaşdırılıb.

Onu da bildirək ki, Faiq Şahbazlı Azərbaycanda biabırçı dərslik siyasətinin memarı hesab olunur. Məhz onun sayəsində bu gün neçə nəsil zədələnmiş biliklərlə maariflənmək zorunda qalıb. Hər halda nazirin bu qərarının ardından hüquq-mühafizə orqanlarının da Şahbazlı ilə bağlı tədbir görməsi cəmiyyət üçün ən azından təskinlik xarakteri daşıyardı.

Hər kəs bilməlidir ki, nəsillərə zərbə vuran Şahbazlının dərslik siyasətindəki özbaşınalıqları ən ağır cinayətdən belə daha dəhşətlidir. Çünki onun yartımazlığı bütöv nəsilləri iflic duruma salma kimi təhlükəlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru