Mikayıl Cabbarov layiqli namizəd tapa bilmirmi? - Nazirə müraciət olundu

22-10-2015, 10:20           
Mikayıl Cabbarov layiqli namizəd tapa bilmirmi? - Nazirə müraciət olundu
Gənclər səhəri kimi tanınan Sumqayıt hər zaman təhsildəki ugurları ilə qabaqcıllar sırasında olub. Fəhlə şəhəri kimi tanınan bu şəhərin övladları əzm və təmkini ilə dərin savad, yüksək intellekt, böyük nailiyyətlər əldə edərək respublikamızın digər şəhərlərini çox zaman geridə qoya bilmişdir.

İllərin zəhməti nəticəsində qazanılan uğura kölgə düşməməsi üçün ömrünü-gününü çıraq edib şagirdlərin başı üzərində məşəl kimi tutaraq onların yolunuişıqlandıran əziz müəllmlərimizə həmişə minnətdarıq.
Lakin necə illərdir ki, başsız qalan Sumqayıt Şəhər Təhsil Şöbəsinə hələ də bir müdir təyin olunmaması şəhər ictimaiyyətini narahat etməyə bilməz. Yadıma Mayn Ridin "Başsız atlı” romanı düşdü. Sıldırım qayalarla hürkərək hara gəldi qaçan,küləkdə və yağışda özünü və tərkindəki sahibini qorumağa çalışan başsiz atlı...

Bəli, başsız qalıb öz əzmkarlığını qoruyub saxlayan müəllimlərimiz kimi. Görəsən, Təhsil nazirimiz Mikayıl Cabbarov cənabları Bakının bir addımlıgında yerləşən Sumqayıt şəhərinə bu qədər uzun zaman kəsiyində elə öz sumqayıtlılarımızın içindən onun təhsilindəki problemləri çözə biləcək layiqli bir namizəd tapa bilmirmi? Bəlkə, elə parlament seçkiləri kimi bir seçki keçirək...Layiqli namizədlər arasından birini seçıb təhsil şöbəmizə müdir qoyaq ki, yaranan neqativ hallar aradan qaldırılsın?..
(Ardı var...)
Sübhan Arifoğlu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.