Sumqayıt telekommunikasiya Qovşağının rəisi də "mtn-çi" çıxdı

24-10-2015, 21:24           
Sumqayıt telekommunikasiya Qovşağının rəisi də "mtn-çi" çıxdı
Eldar Mahmudovun cinayətkar şəbəkəsi barəsində son günlər bir-birinin ardınca şok məlumatlar yayılır.

Cəmiyyətin heç gözləmədiyi şəxslərin bu şəbəkədə təmsil olunması artıq adiləşməyə başlayıb və sanki bu istiqamətdə gələcək yeni xəbərlərə bir növ öyrəşməkdəyik.

Lakin yeni məlumatlar hələ də mövzunun tükürpədici xarakterini hifz etməkdədir. Mötəbər mənbədən sızdırılan məlumata görə, Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Akif Əsgərov da keçmiş nazirin adamlarından olub.

Deyilənə görə, Rabitə Nazirliyində aparat rəhbəri vəzifəsində işləyən şəxs tərəfindən Mahmudovun şəbəkəsinə cəlb olunan Akif Əsgərovdan bir çox işlərdə istifadə olunub. araşdırmamız davam edir. Növbəti yazımızda aparat rəhbərinin adını, eləcə də Beytulla Hüseynovla əldə olunan razılığın incə məqamlarına toxunmaq niyyətindəyik. Təbii ki qarşı tərəfi də dinləməyə hazırıq.irevan.press com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru