Vidadi Məmmədovun oğlu da MTN-dən-QOVULUR

25-10-2015, 10:31           

Bu gün KİV-də Vergilər Nazirliyinin işdən azad olunmuş baş idarə rəisi Vidadi Məmmədov Milli Təhlükəsizlik Nazirliyində baş verənlərlə bağlı Baş Prokuroluqda aparılan istintaqa cəlb olunub.Məlumata görə, V. Məmmədov MTN-də olan dəstə ilə birgə iş adamlarına qarşı fəaliyyətdə şübhəli bilinir.Qeyd edək ki, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib. Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.

Redaksiyamıza daxil olan məlumata görə, Vidadi Məmmədov Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi kimi haqqinda mediada yazılan səsli-küylü xəbərlərdən sonra, VN Fazil Məmmədovun "qara”siyahısına düşmüşdü və onunla bağlı Fazil Məmmədovun hadisələr baş verməsəydi belə qərar qəbul edəcəyi gözlənilirdi.

Məlumata görə, Vidadi Məmmədov KİV-də gedən yazılardan sonra, rəhbərliyi altında olan vergi əməkdaşlarına hədə qorxu gəlirmiş və onlara mətbuatda haqqında səslənən xəbərləri kimin ötürdüyünü tapacağını deyirmiş. Vidadi Məmmədovun VN-nin rəhbərliyi altında olan əməkdaşlarını MTN-də çalışan oğlu ilə qorxudurmuş və "Hamınızın telfonunu dinlədəcəm. Tapacam kim bu informasiyaları mediaya ötürür”-deyə hərbə-zorma gəlirmiş. Məlumata görə, Vidadi Məmmədovun işcilərə qarşı belə sərt açıqlamalar verməsindən sonra nəzarətində olan işçilər iş yoldaşları ilə belə telefonda danışmaqdan çəkinirmişlər.

Daxil olan məlumata görə, Vidadi Məmmədovla bağlı qərarın ardından, onun oğlunun da MTN-dən uzaqlaşdırılacağı istisna olunmur. veteninfo/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.