Beyləqanın icra başçısı “məşhər ayağı”na çəkilir - MALİYYƏ NAZİRLİYİ YOXLAMAYA BAŞLAYIR

27-10-2015, 00:01           
Beyləqanın icra başçısı “məşhər ayağı”na çəkilir - MALİYYƏ NAZİRLİYİ YOXLAMAYA BAŞLAYIR
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin fəaliyyətinin təftiş olunmasına qərar verilib.
Bununla bağlı Savash.org-u məlumatlandıran mənbənin sözlərinə görə, son aylar Prezident Adminstrasiyasına daha çox şikayət edilən icra başçılarından biri də Vaqif Abdullayevdir. Onun rayonun büdcə təşkilatları üçün ayrılan vəsaitləri mənimsəməsi haqda “yuxarılar”a edilən şikayətlər müvafiq qurumları Beyləqan rayonunda təftişlərə start verməyə məcbur edib.
Mənbənin bildirdiyinə görə, buna görə hətta icra başçısı Vaqif Abdullayevlə rayon maliyyə idarəsinin müdiri Oqtay Hacıyev arasında qarşıdurma yaranıb. Belə ki, maliyyə idarəsinin müdiri təmsil etdiyi nazirliyi icra başçısının qanunsuz tələbləri ilə bağlı məlumatlandırıb ki, bu da Vaqif Abdullayevin fəaliyyətinin yoxlanmasını şərtləndirib.
Eyni zamanda yaxın günlərdə Beyləqan rayonundan olan sahibkarların da icra başçısı Vaqif Abdullayevi ifşa edəcək açıqlamalarla çıxış edəcəyi gözlənilir.
Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru