İşdən atılmış "Azərsu" sədri yenidən qayıtdı - Bu dəfə sədrin müşaviri qısmində. NƏDƏN

27-10-2015, 11:41           
İşdən atılmış "Azərsu" sədri yenidən qayıtdı - Bu dəfə sədrin müşaviri qısmində. NƏDƏN
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Nizaməddin Rzayev yenidən vaxtı ilə rəhbərlik etdiyi quruma qayıdıb.

Bu barədə Mia.az-a "Azərsu"dan məlumat daxil olub. Məlumatda bildirilir ki, "Azərsu"da keçmiş sədr üçün yeni ştat da açılıb: "Nizaməddin Rzayev "Azərsu"da müşavir vəzifəsinə təyin edilib".

Nizaməddin Rzayevlə bağlı əmrin sədr Qorxmaz Hüseynov tərəfindən 1 həftə əvvəl imzalandığı da bildirilir.

Məlumat üçün onu da qeyd edək ki, 2005-ci ildə "Azərsu" ASC-nin sədri Oqtay Əsədovun Milli Məclisin sədri seçilməsindən sonra N.Rzayev onun postunun tutub. Ancaq o, bu vəzifədə 2011-ci ilədək karyerasını dürdürüb. 14 fevral 2011-ci ildə isə Prezident İlham Əliyev onu vəzifəsindən azad edərək, SOCAR-ın vitse-prezidenti Qorxmaz Hüseynovu "Azərsu" ASC-nin sədri təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru