Heydər Əsədov onu təsadüfən seçməyibmiş... - Baş baytarımız həm də oliqarx imiş...
27-10-2015, 15:33
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov barədə redaksiyamıza ilginc məlumatlar daxil olub. KTN-dəki mənbənin mətbuata verdiyi məlumata görə, Azər Süleymanov xidmət rəisi təyin olunduğu gündən qurumda gərgin atmosfer yaranıb. Bunun səbəbi Azər Süleymanovun işçilərlə yola getməməsidir. Xidmət rəisinin xeyli sayda peşəkarı işdən çıxardığı bildirilir.
Mənbə Azər Süleymanovun bu vəzifəyə yüksəlməsilə bağlı da maraqlı faktlar açıqlayıb. Bildirib Azər Süleymanov bundan əvvəl Göygöl rayonu baytarlıq idarəsinin rəisi vəzifəsində çalışıb. Bu vəzifədə olarkən kolxoz-sovxoz dövründən qalan mal-qaranın ölməsi barədə saxta aktlar tərtib edib. Bu addım ona külli miqdarda pul qazandırıb.
Bundan sonra o, Göygöldə “Karusel” İstirahət Mərkəzini, dəbdəbəli villalar tikdirib. Mənbə bildirir ki, müxtəlif maxinasiyalar həyata keçirməklə sərvətə sahib olan Azər Süleymanov icra başçısı olmaq niyyətinə düşüb. O, niyyətini reallaşdırmaq üçün lazım olan pul tədarükünü də görüb. Lakin Azər Süleymanov aylarla televiziyada sərəncamının oxunduğunu gözləsə də, niyyəti gerçəkləşməyib. Azər Süleymanova bildirilib ki, icra başçısı ola bilməz. Bunun əvəzində ona Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsi təklif edilib.
Mənbə bildirir ki, Azər Süleymanovun işdən çıxardığı peşəkar kadrlardan bəziləri prezident İlham Əliyevə müraciət ediblər. Onlar müraciətlərində Azər Süleymanovun bu vəzifəyə layiq olmadığını bildiriblər \\gunxeber.com\\