Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı - FOTOLAR

27-10-2015, 20:56           
Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı - FOTOLAR
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb.

Dia.az AzNews.az-a istinadən xəbər verir ki, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində "Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan balarda hazırda heç bir tikinti işləri aparılmır.

Qeyd edək ki, yalnız Beynəlxalq Bankla işləyən "Kristal” tikinti şirkətinin MTN-in keçmiş rəhbəri Eldar Mahmudova məxsusluğu bildirilirdi. Bu şirkət Bakının müxtəlif ərazilərində bahalı hündürmərtəbələr tikirdi.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru