Salyanın icra başçısı ciddi problemlərlə üz-üzə... - Araşdırma gedir...

28-10-2015, 10:43           
Salyanın icra başçısı ciddi problemlərlə üz-üzə... - Araşdırma gedir...
Dünən məlumat verərək bildirmişdik ki, adı "MTN işi"ndə hallanan icra başçıları sırasında hazırda Salyan rayon icra hakimiyyətinə başçılıq edən Tahir Kərimov da var.

Əvvəlki xəbər BURADA...
http://www.dia.az/9/88546-mtn-ishinde-daha-bir-bashchinin-adi-kechir.html
Məlumatda qeyd olunurdu ki, keçmiş MTN rəhbəri Eldar Mahmudovla yaxın münasibətlərdə olan Tahir Kərimovun da adı "burulacaq" icra başçıları siyahısına daxil olunub.

Bununla bağlı DİA.AZ-a verilən son informasiyada isə maraqlı bir məqama toxunulub.

Xəbəri verən mənbə bildirir ki, Tahir Kərimov təkcə vəzifəsini deyil, həm də azadlığını itirə bilər.

Bunu iddia edən qaynağın dia.az-a söylədikləri: "Tahir Kərimov zamanında Eldar Mahmudovun adından çox işlər çevirib. İndi araşdırma gedir. Və yaxın vaxtlarda həm araşdırmanın nəticələri aydın olacaq, həm də bu nəticələrə hüquqi qiymət veriləcək"...

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru