BÖHRAN: “DəmirBank” çokür… - Filiallarda isə müştərilər təhqir olunur…

28-10-2015, 11:11           
BÖHRAN: “DəmirBank” çokür… - Filiallarda isə müştərilər təhqir olunur…
Bankda ödənilməyən kreditə görə, müştərilərə niyə artıq faizlərin yazılır?

“DəmirBank”dan yoxa çıxan 10 milyon manatın taleyi necə oldu?

Məlum olduğu kimi, manatın dollara nisbətən məzənnədən düşməsi bank sektoruna ciddi ziyan vurdu. Elə bu səbəbdən də çətin duruma düşən bankların ağıllı mütəxəssisləri çıxış yolları axtarmağa bağladı, məlum problemin həlli istiqamətində baş sındırdılar. Məhs ağıllı mütəxəssisi olan banklar normal və sivil qaydalardan yararlanıb vəziyyətdən çıxış yolu tapmağa çalışdı və qismən də olsa çıxdı da.
Bu gün isə Azərbaycandakı məlum vəziyyət nəticəsində idarəolunmaz hala düşən bəzi banklar isə çökmə həddindədir. Çünki bank və filial rəhbərləri naşıdır və onlar bankdakı dövlətin verdiyi hazır pulu müştəriyə verib faiz qazanmaqdan başqa bir savad və ağıla malik deyillər. Harda bişir bişsin, bir böyük qaşıq da mən yeyim deyən belə bank sahibləri məlum durum qarşısında davam gətirə bilmirlər.
Dünya bank sektorundan xəbərsiz, məlum kritik vəziyyətlərdən çıxa bilməyən Azərbaycandakı bəzi banklar isə sudan quru çıxmaq üçün kredit verilməsini saxlayıb əsasən toplama işinə start verib. Bu isə praktikada bank sektorunun çökməsi ilə nəticələnir. Neçə ki, “DəmirBank” artıq çokür.
Bizimxeber.az-a daxil olan məlumata görə, əsasən ümümi məbləg hissəsini Milli Bankdan alıb milyonlar qazanan “DəmirBank”da vəziyyət kritik həddə çatıb. Belə ki, bank rəhbərliyi müxtəlif təzyiq vasitəsindən istifadə edərək gecikmiş kreditləri yığmağa start verib. Bu işlə əsasən bir neçə filail rəhbəri məşgul olur.
Bizimxeber.az-a daxil olan məlumata görə, məlum vəziyyətdən istifadə edib özünü rəhbərlik qarşısında yaxşı göstərmək istəyən “DəmirBank”-ın Nəsimi fialının rəhbəri bütün günü müştərilərə təzyiqlər etdirmək, kreditləri toplatdırmaqla məşguldur.
Bank sektorunu dərindən bilməyən, ortada yeyib ucda gəzən müdir filaldakı yaxın adamı Samir Əliyev adlı işçi isə vətəndaşları təhqir belə edir, özünü müstəntiq və ya prokuror kimi aparır. Bu isə müştərilərə olan böyük hörmətsiliklə yanaşı bankda artıq nəzarətin itməsindən xəbər verir. “Dəmir Bank”ın özünü baş mütəxəsisi kimi təqdim edən dihər şəsx isə avtoritet kimi danışır…
Onlara hələ çatmayıb ki, insanlara qarşı düşmən münasibətdə olan insanlar dərhal nəzarət altına götürülür. Azərbaycan respublikasının qanunları, Milli Məclisin aylarla müzakirə edib qəbul etdiyi, prezident İlham Əliyevin imzaladığı qanun “DəmirBank”da adi kağız parçasıdır. Belə görünür və bank rəhbərliyinin bundan xəbəri var. Çünki, filial rəhbərlərinə “pul verin” deyilir.
Ümumiyyətlə, banklarda son aylar yaranan ciddi problemlər əvvəlki aylarda baş verən böyük sirrlərin üstünü açıb. Tanışlıq və “şapka” ilə heç bir sənədi olmayan və ya saxta sənədlərlə filiallardan 100 min manat və daha çox kreditlər götürülməsi faktları ortaya çıxıb. Məlumata görə, “DəmirBankın” Nəsimi filialında da belə hallar baş verib və indi Z.Rüstəmov həmin pulların yerini doldurmağa çalışır. Araşdırmalardan sonra dəqiq təfərrütalar barədə məlumat veriləcək.
***
Digər tərəfdən vətəndaşlara ödənilməyən kreditə görə, artıq faizlərin yazılması da “DəmirBank”da müşahidə olunur. Belə ki, bir müddət ödənilməyən kreditə görə, faiz hesablanması doğru aparılmır. Azərbaycan heç bir müştəri faizləri hesablamır və ya hesablaya bilmir. Bu sirri yalniz bank bilir və niyə bu qədər faiz yığıldığını açıqlamır. Yalnız deyilən bu olur ki, faizlərdi ödəməlisən… Nəticədə vətəndaş bankın yazdığı faizi odəməyə məcbur olur. Bundan istifadə edən bank isə insanların cibinə girir, daha çox pul qazanır. Üstəlik problemli kredit hesab olunan borclar məhkəməyə verilmir. Vətəndaşlara təzyiq edilir ki, pulu ödə… əcəba pulu ödəyə bilməyən vətəndaş qanunla məhkəməyə verilməlidir. Bu zaman bankla-müştəri arasında bağlanan müqavilə qüvvədən düşmüş saylır və faizlər dayanır. Bu isə banka sərf etmir. Ona görə də, bank məhkəməni yox, təzyiqi seçir… Bu hal “Dəmir Bank”da daha çox baş verir. (Bu barədə yaxın günlərdə geniş məlumat verəcəyik).
***
Növbəti yazıda “Dəmir Bank”dan yoxa çıxan 10 milyon manatın hara xərclənməsi və onun ətrafında aparılan araşdırmaların nətisə barədə məlumat verəcəyik.
– Həmçinin, bankın Müşahidə Şurasının sədri Rəhman Hacıyevlə Şuranın üzvü Tofiq Qənbərov, xarici vətəndaşlar – Andrej Witak , Dik Snayders və Kurt Qeiqerin kimliyi barədə geniş araşdırma yazısı dərc edəcəyik.

Məlumat üçün bidirək ki, Dik Snayders həm də ingiltərənin məşhur “Liverpul” klubunun xəzinədarı vəzifəsində çalışır.
Qeyd:
Banklarda fiziki şəxlərə hesab açmadan “Caspian Money Transfer”, “Western Union”, “Privat Money” sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirilməsi xidməti mövcuddur. Lakin məlum olduğu kimi bu sistemlər üzrə köçürmələr ciddi məbləğ məhdudiyyətlərinə malikdir.
Təbii ki, bu məhdudiyyətlər ölkənin maliyyə sisteminin təhlükəsizliyinin təminatı üçün nəzərdə tutulub və dünyanın bütün dövlətlərində bu və ya digər formada tətbiq olunur. Digər tərəfdən isə elə həmin bu məhdudiyyətlər də bir çox korrupsioner bank əməkdaşlarına “qara köçürmə” sistemini yaratmaq imkanı verib. Ümumilikdə bu sistemin işləmə mexanizmi barədə yəqin ki, çoxlarının təsəvvürü var. Məlumatı olmayanlar növbəti yazımızı oxuya bilər. Milyonların neçə silindiyinin şahidi olacaqsınız…
Bizi izləyin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.