Məzahir Pənahovun oğlu MTN-də gördüklərindən dəhşətə gəlib və... - İDDİA
28-10-2015, 12:59
Mətbuatda MSK sədri Məzahir Pənahovun da MTN tərəfindən qanunsuz olaraq dinlənilməsi barədə məlumat yayıldı:
“Artıq tam dəqiqləşib ki, MTN-dəki qrup Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu da dinləyib. MSK sədrinin telefon danışıqları uzun müddət nəzarətdə olub” deyə, mənbə bildirib. Qaynağımız M.Pənahovun dinlənilməsinin hansısa deputatlığa namizədin şantaj olunması və ya hansısa namizəddən pul qoparmaq niyyəti güddüyünü inandırıcı hesab etmir. MSK sədrinin 2013-cü il prezident seçkilərində də dinlənilməsi şübhələri var".
Moderator.az - a isə bir neçə gün öncə elə MSK sədriylə bağlı maraqlı bir informasiya daxil olmuşdu. Belə ki, Məzahir Pənahovun oğlunun vaxtilə MTN - də işlədiyi, amma bu qurumda baş verən total qanunsuzluqlardan, insanların əsassız olaraq incidilməsindən, şərlənərək məsuliyyətə cəlb edilməsindən, sahibkarlara divan tutularaq soyulmasından dəhşətə gələrək bir neçə il öncə öz ərizəsi ilə işdən kənarlaşdığı bildirilir. Mənbə MSK sədrinin oğlunun MTN - də hansı post tutduğunu bildirməyib, sadəcə onun baş verənlərdən qorxuya düşərək ləkələnməmək üçün MTN - dən kənarlaşdığını deyib.