Türkmənistanla sərhəddə əməliyyat - 140 nəfər öldürüldü

28-10-2015, 13:56           
Türkmənistanla sərhəddə əməliyyat - 140 nəfər öldürüldü
Əfqanıstan ordusu Türkmənistan sərhədində yerləşən Qormaç qəzasını “Taliban”dan azad etmək üçün əməliyyat keçirib.

Avropa.info xəbər verir ki, əməliyyat nəticəsində 140 talib ödürülüb. Bu haqda bölgənin polis rəisi Səid Oqo Andarobi məlumat verib.

Andarobi deyib ki, aparılan əməliyyat zamanı “Taliban”ın üç müdafiə xətti dağıdılıb, mühasirədə olan hökumət qoşunlarının yolu açılıb.

Qormaç qəzası taliblər tərəfindən 10 gün əvvəl tutulmuşdu. Hücum nəticəsində qəzanın polis rəisi öldürülmüş, 17 polis itkin düşmüşdü.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru