Mahmudov komitə sədrinin qudasına vəzifə bağışlayıbmış

28-10-2015, 14:19           
Mahmudov komitə sədrinin qudasına vəzifə bağışlayıbmış
Eldar Mahmudov işi getdikcə böyüyür. Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi ilə bağlı ortalığa çıxan sensasion faktların nəticəsində “hələ bu xəmir çox su aparacaq”.

TİA.AZ-a daxil olan xəbərə görə, MTN-in keçmiş rəhbərinin yaxın ətrafı və onunla əlaqəli adamların əməlləri ifşa olunmaqdadır.
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun da bu mənada başı ağraya bilər. Komitə sədrinin sabiq nazirlə «Azinko» tikinti şirkəti üzərindən şərikliyi olub.
Jam.az isə yazıb ki, K.Həsənovla E.Mahmudov arasındakı münasibətlər təkcə biznes üzərindən deyil, həmçinin başqa rənglər də alıb.
Hazırda komitə sədrinin qudası heç də kiçik olmayan vəzifə başındadır. O, DYP-də çalışıb və kapitan rütbəsində olub.
Sonra hər şey dəyişib. Həsənovla qohumluq əlaqəsi yarandıqdan sonra komitə sədri E.Mahmudovdan qudasına vəzifə istəyib.
Və sabiq nazir də şərikinin sözünü yerə salmayaraq, DYP-nin kapitanına heç də kiçik olmayan vəzifə verib.
Məlumata görə, Kərəm Həsənovun qudası hazırda MTN-də mühüm Baş İdarələrdən birinin rəis müavinidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.