Qarabağ döyüşçüsü İmişli seçicilərinə müraciət etdi "deputatlığa namizəd Əsabil Qasımov "burda mənəm, Baqdadda Kor Xəlfə.."

1-11-2015, 13:55           
Qarabağ döyüşçüsü İmişli seçicilərinə müraciət etdi "deputatlığa namizəd Əsabil Qasımov "burda mənəm, Baqdadda Kor Xəlfə.."
“Hörmətli həmvətənlərim! Bir neçə saatdir ki,seçkilərə start verilib. Bir Qarabağ müharibəsinin iştirakçısı və deputatlığa namizəd kimi seçkinin şəffaf və demokratik keçməsinin tərəfdarıyam. Mənimlə bir əqidədə olan 10 minlərlə Qarabağ döyüşçüsü Ali Baş Komandanın yeritdiyi siyasəti dəstəkləyərək torpaqlarımızın azad olunması və ölkəmizin çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər”.

Modern.az xəbər verir ki, bu sözləri 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd, Qarabağ döyüşçüsü Habil Şirinov bildirib.
O, bu dairədən olan digər namizəd, hazırki deputat Əsabil Qasımovun xeyrinə saxtakarlığa qol qoyulduğunu vurğulayıb

“79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Əsabil Qasımov "burda mənəm, Baqdadda Kor Xəlfə" prinsipinə söykənərək, qanunları ayaqları altına alır, bəzi insanların mənəviyyatını pulla ələ alır, demokratik mühiti pozur. Hər yerdə “mən prezidentə yaxınam” deyərək, “bu dairədən deputat seçiləcəm” mesajını verir. Mən bütün seçki məntəqələrinin sədr və üzvlərinə müraciət edirəm: əgər Əsabilin puluna aldanıb saxtakarlığa yol versələr, belə çıxır ki, prezidentin çağırışına məhəl qoymurlar. Mən isə bir döyüşçü kimi söz verirəm ki, Ali Baş Komandanın əsgəri kimi özbaşınalığa qarşı mübarizə aparacam!”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.