Sahibə Həsənovaya vəzifə verildi

2-11-2015, 15:30           
Sahibə Həsənovaya vəzifə verildi
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşına vəzifə verilib.

Axar.az xəbər verir ki, nazirliyin əməkdaşı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının sədr müavini seçilib.

BTİ tərəfindən hər dörd ildən bir Rabitə Assambleyası (RA) keçirilir. Sonuncu Assambleya 26-30 oktyabr tarixlərində baş tutub.

Bu il keçirilən Radiorabitə Assambleyasında peyk xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə nazirliyin əməkdaşı Sahibə Həsənovanın namizədliyi verilib və qəbul olunub.

Azərbaycan nümayəndəsinin sədr müavini kimi fəaliyyət göstərəcək Tədqiqat Komissiyası peyk xidmətləri üzrə texniki və prosedur qaydaları üzrə araşdırmaları həyata keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru