Əsabil Qasımov İmişlinin icra başçısından qisas almağa hazırlaşır "QARA PİAR"A GÖRƏ

3-11-2015, 14:17           
Əsabil Qasımov İmişlinin icra başçısından qisas almağa hazırlaşır "QARA PİAR"A GÖRƏ
İmişli rayonunda 79 saylı seçki dairəsi ilə bağlı olaraq seçki sonrası narazılıq yaranıb. GUNDEMİNFO.AZ-a daxil olan məlumata əsasən yaranmış qalmaqal Əsabil Qasımovla icra başçısı Vilyam Hacıyev arasında baş verib. Məlumatlara əsasən icra başçısı seçki prossesi dövründə özünə yaxın saytlar vasitəsilə hakim partiyanın deputatlığa namizədi Əsabil qasımovun əleyhinə məxfi qaydada təbliğat aparıb.

Hətta informasiya verən mənbə israr edir ki, bu qalmaqalla bağlı olaraq yaranan narazılıqlar ən yüksək səviyyədə müzakirə edilib. Bildirilir ki, Vilyam Hacıyevin bu planından Əsabil Qasımovun da xəbəri olub. Namizədin ətrafında «qara piar» aparan başçının yedək xəbər «agentlikləri» ilə bağlı olaraq müzakirələr də aparılıb. Bildirilir ki, seçkidən sonra seçki prossesinin anealiz edilməsi nəticəsində icra başçısı ilə bağlı olaraq sərt qərarın verilməsi gözlənilir.

Rayonda sahibkar kimi tanınan Əsabil Qasımov Vilyam Hacıyevin sahibkarlarla bağlı təşkil etdiyi «qara piar» kampaniyası ilə bağlı olaraq artıq dosye də hazırlanıb. Bildirilir ki, bununla bağlı olaraq ən yüksək dairələrə də bilgi verilib. Məlumatlara əsasən bununla bağlı olaraq yaxın günlərdə qərar veriləcək. Yəni icra başçısının siyasi mövqeləri ciddi şəkildə laxlaya bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.