Barələrində ən çox şikayət olunan icra hakimiyyətləri... - Kimlər ilk beşlikdə qərar tutub?
4-11-2015, 12:22
Son zamanlar bir sıra rayon rəhbərləri ilə bağlı şikayətlərin artması dövlətin müvafiq tədbirləri görməsilə nəticələnib. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə xəbər verib.
Məlumatda deyilir ki, zaman-zaman ayrı-ayrı rayon rəhbərləri, habelə vəzifəli şəxslərlə bağlı Prezident Administrasiyası da daxil olmaqla, müxtəlif dövlət instansiyalarına ünvanlanan şikayətlərin xülasəsi və statistikası hazırlanır. Mənbənin dia.az-a söylədikləri: «Bu dəfə isə statistik göstəricilər həm də tədbirlərin görülməsi üçün gərəkli idi».
Belə ki, barəsində ən çox şikayət olunan icra başçılarının müvafiq sıralaması əsasında siyahısının hazırlandığını bildirən qaynaq onu da əlavə edib ki, bu siyahı üzərə sərt cəzalar həyata keçiriləcək.
Dia.az olaraq isə son bir ildə barəsində ən çox yazılan icra hakimiyyətlərini sıralamaq qərarına gəldik. Hər halda mətbuata çatan şikayətlər əsasında real statistik göstərəcilərə yaxın bir sıralamanı müəyyən etmək olar.
Beləliklə ilk beşliyi təqdim edirik:
1. Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov;
2. Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov;
3. Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev;
4. Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov;
5. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov...