20 Yanvar günü: “Nar Şərab”da 1000 manatlıq şadyanalıq - FOTOFAKT
5-11-2015, 18:04
Bakının məşhur “Nar Şərab” restoranında 20 Yanvar faciəsi günü təm-təraqlı qonaqlıq olub.
DİA.AZ xəbər verir ki, sabiq nazir Eldar Mahmudova məxsus olduğu deyilən restoranda 1000 manatlıq hesab ödənilib. Bu haqda yazan azinforum.az saytı hesabın qəbzini əldə edib və fotosunu yayımlayıb. Məlum olur ki, məşhur restoran xalqın matəm gününü və yüzlərlə şəhid verdiyimiz bir müqəddəs tarixi unudaraq yeyib-içmək məclisi təşkil edib. Hazırda satışa çıxarılan "Nar Şərab” restoranını hansısa iş adamı və yaxud məmur tərəfindən alınması ehtimalı çox aşağıdır. Çünki indiki halda ali siyasi rəhbərliyin və istintaq qrupunun əsas diqqət mərkəzində olan bir restoranı almaq yaxşı heç nə vəd etmir.