Elman Mehdiyev DSMF-yə sədr təyin olunandan sonra... - Yerlisi də Qubada meydan sulayır...

6-11-2015, 12:32           
Elman Mehdiyev DSMF-yə sədr təyin olunandan sonra... - Yerlisi də Qubada meydan sulayır...
Quba sakinləri DİA.AZ-a həm yerli məmurlardan və həm də Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevdən şikayət dolu müraciət ünvanlayıblar. Sakinlər bildirir ki, əvvəlki sədr - yəni hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun zamanında vəziyyət daha qənaətbəxş idi.

Sakinlər dia.az-a yazır: "Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu quruma sədr təyin olunduqdan sonra burada özbaşınlıqlar baş alıb gedir. Rəsmi mətbuata öz təbliğatı üçün can-başla pul xərcləyən DSMF sədri bu təbliğatı məhz pensiyaçılardan aldığı pullar hesabına həyata keçirir".

Daha sonra narazı vətəndaşlar dia.az-a müraciətlərini davam etdirirlər: "Belə ki, hazırda DSMF-nin bəzi yerli şöbələrində özbaşınalıq baş-alıb gedir. Bu hal xüsusilə DSMF-nin Quba rayon şöbəsində özünü büruzə verir. Şöbənin müdiri Sabir Hacıyev pensiyaya çıxan şəxslərdən 2-3 min manat arası pul alır. Onun bu əməllərini isə müavini Mehman tərəfindən həyata keçırir.

Əslən Göycay rayonundan olan Mehman müəllim Elman Mehdiyevin yerlisi və yaxını olduğunu deyərək ona heç kimin bata bilməyəcəyini də hər addımbaşı vurğulayır. Hazırda bu şöbədə Mehmanı görmədən pensiyaya çıxmaq mümkün deyil. Quba camaatını bu durumdan çıxara biləcək tək şəxs isə dövlət başçısıdır və biz də Cənab Prezidentdən bu məsələyə reaksiya verməsini, tədbir görməsini xahiş edirik".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.