Astara təhsil şöbəsi müdirinin 1 milyonluq işi – Məhkəmədə

10-11-2015, 16:17           
Astara təhsil şöbəsi müdirinin 1 milyonluq işi – Məhkəmədə
Astara sakini ilə rayon təhsil şöbəsinin müdiri arasında gərgin məhkəmə çəkişməsi gedir.

Rayonun Seləkəran kənd sakini Ağahüseyn Yaqubov şöbə müdiri Qızbəs Məmmədova ilə hüquqi müstəvidə mübarizə aparır.
VİZUAL.az-ın əldə etdiyi məhkəmə materiallarını təqdim edirik:
"Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil nazirinin verdiyi sərəncamları icra etmədən, müəllimlərin vakant yerlərinə işə götürülməsi üçün həm məktəb direktorları, həm də sadəcə müəllimləri işə götürmək məqsədi üçün 5000-6000 manata təyin edir.
İldə də məktəb direktorları vəzifələrində dəyişdirilir, 6000-7000 manat rüşvət alır. Cənab Prezident! Sizin tapşırığınıza əsasən məktəblərdə istilik sistemləri bərpa olunmalıdır. Məktəblərdə isə istilik sistemləri yoxdur.
Dövlətdən ayrılmış vəsaitləri məktəb diroktorları əlbir olaraq, saxta sənədlərlə mənimsəyirlər. Onu da nəzərinizə çatdırıram ki, nazirlik tərəfindən rayona mədaxil olunmuş tikiş maşınları məktəblərə verilməlidir.
Əks halda məktəblərdə tikiş maşınları yoxdur, həmin verilən tikiş maşınları saxta sənədlər vasitəsi ilə satılıb.
Cənab Prezident! Astara rayonunda keçmiş SSRİ-nin dövründə qalmış rus dilli məktəb təmirdədir. Məktəbin təmirinə Dövlət tərəfindən 2 milyon manat vəsait ayrılmışdır. 1 milyon pulları rayon icra başçısı ilə əlbir olaraq mənimsəmişlər. Məktəbin təmirinə ayrılmış tikinti materialları, qapı-pəncərələr ucuz qiymətə satılır.
Qızbəs Məmmədovanın oğlu Ceyhun Məmmədov Beynəlxalq Universitetinin "Hüquqşünaslıq” fakültəsini bitirib. Bu vətəndaş Azərbaycan Respublikasının Konsititutsiya qanunlarını başa düşə bilmir.
Hazırda Astara rayon Polis Şöbəsində təhqiqatçı işləyir. Özü də Ceyhun Məmmədov Bakı şəhərində Ruhi-Əsəb Dispanserində qeydiyyatdadır. Ona görə də bu məqsədin səbəkarı odur ki, anası dövlətin bütün qanunlarına zidd gedərək, rüşvət əldə edib, oğluna da diplom alıb”.
Şikayətçi deyib ki, Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova Təhsil nazirliyi tərəfindən xəstə uşaqlara ayrılan vəsaiti mənimsəyib.
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.