Məmurlar milyonluq villalaların hesabatını verəcəklər

2-05-2016, 10:07           

Azərbaycanda korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi çərçivəsində vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatlar təqdim ediləcək.

teref.az faktxəbər.com-a istinadən bildirir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2016-2018-ci illərdə dövlət qulluqçularının və dövlət orqanlarının digər vəzifəli şəxslərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması ilə bağlı mexanizmlərin, müvafiq qanunvericilik aktlarının hazırlanmasını təmin etməlidir.

Nazirlər Kabineti və Ədliyyə Nazirliyi 2017-2018-ci illərdə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim olunması ilə əlaqədar tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Milli Fəaliyyət Planına əsasən, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş Prokurorluğa da bu işlərin həyata keçirilməsində iştirak etmək tövsiyə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru