15 saylı Dövlət Əmək Müfəttişliyinin rəisinin qanunsuz əməllərindən ŞİKAYƏT
2-05-2016, 11:00
teref.aznun poçtuna 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Elçin Əliyevin əməllərindən şikayət daxil olub.
Bu şikayəti sizə təqdim edirik:
Ucar rayonu Ş.İ.Xətai küçəsi ev 47 sakini Xəlilov Elşən Şahmar oğlu tərəfindən
ŞİKAYƏT MƏKTUBU
15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Elçin Əliyevin yaratdığı korrupsiya şəbəkəsinə görə Ucar, Ağdaş və Zərdab Ucar rayon sakinlərinin əmək hüquqları kobud şəkildə pozulur, əməyi istismar edilir. Əldə olan subutlar onu deməyə əsas verir ki, Elçin Əliyev heç nədən çəkinmədən cinayət əməlləri ilə məşğuldur.Ucar rayon ərazisində yerləşən " Ucar Aqro" MMC-ni (mərcan broyler) mühəndis şöbəsinin müdiri Hamiz Arif oğlu Məmmədov məni əmək müqaviləsi bağlamadan işlədib .Mən bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova etdiyim şikayət ərizələrim araşdırılması üçün 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə göndərilsədə oranın müdiri Elçin Əliyev öz şəxsi maraqlarını dövlət qanunlarından ali tutaraq saxta araşdırma aparıb heç bir tədbir görmək istəmir.Şikayətimin araşdırılmasını 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə yönəltməyə çalışır ki. bu tam qanunsuzluqdur.Mən şikayət ərizəmlə əlaqədar izahatımda göstərmişəm ki, həm Ucar rayon Qazqumlaq kənd ərazisində yerləşən yetişdirmə sexində işləmişəm, həm də Ucar rayon Alpoud kənd ərazisində yerləşən "Ucar-Aqro" MMC-də işləmişəm."Ucar-Aqro" MMC-də məni işə dəvət edən mühəndis şöbəsinin müdiri Hamiz Məmmədov olub ki. bunu təsdiq edən mötəbər subutlarım var. 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev mənə dedi ki, sən "Ucar-Aqro" MMC-də işləməyini və Hamiz Məmmədovun adını izahatında yazma sən " Azpod" MMC-də işləməyini və sənə oranın işçisi Namiqin pul borclu olduğunu yaz.Belə olanda sənin pulunu verəcəklər. Mən də bu korrupsioner Elçin Əliyevə inanıb belə yazmışam.Fakt və subut var ki, Namiq adlı şəxsin təklifi ilə həm 4 ay "Azpod" MMC-də elektirik işləri görmüşəm, Hamiz Məmmədovun dəvəti ilə də həm də " Ucar-Aqro" MMC-də 3 ay elektirik işləri görmüşəm. Heç biri də məni əmək müqaviləsi bağlamadan işlədiblər.Mənə pul borclu olanda Hamiz Məmmədovdur. Onuda qeyd edim ki, 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyev izahatı məndən barəsində şikayət etdiyim Hamiz Məmmədovun yanında aldı.Onlar yaxın dostdular, buna görə də mən süründürməçiliyə məruz qalmışam.Heç bir qanunu tədbirlər görülmür.Bu korrupsiya cinayətidir ki, Elçin Əliyev Hamiz Məmmədovla əlbir olub törədirlər.Qanunda nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanılmadan məni işlətdikləri üçün həm " Azpod" MMC-nin həm də " Ucar-Aqro" MMC-nın barəsində qanunu tədbirlər görülməlidir. Mən artıq bu korrupsiya şəbəkəsinin əməlləri barədə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zkir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə şikayət ərizələri göndərmişəm.Mətbuat vasitəsi ilə də Sizdən xahiş edirəm şikayət ərizəmi komissiya təşkil edib obyektiv araşdırıb 15 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin müdiri Elçin Əliyevin , " Ucar-Aqro" MMC-nın və "Azpod" MMC-nin barəsində qanunu tədbir görəsiniz. Elçin Əliyev yarıtmaz, qanunsuz fəaliyyəti ilə tutduğu vəzifədən kənarlaşdırılmalı və cinayət məsuliyyətinə cəlb edilməlidir. Xahiş edirəm köməklik edəsiniz.
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az