Bakıda hotel qiymətləri bahalaşıb? - VİDEO

30-09-2022, 08:35           
Bakıda hotel qiymətləri bahalaşıb? - VİDEO
Rusiyada qismən səfərbərlik elan edildikdən sonra xarici ölkələrə axın edən rusiyalılar arasında Azərbaycanı seçənlər də var.

Ölkəmizin quru sərhədləri bağlı olduğundan şimal qonşumuzdan Azərbaycana gəlmək ancaq hava yolu ilə mümkündür. Buna baxmayaraq, artıq Azərbaycanda Rusiya vətəndaşlarının artımı müşahidə olunur.

Maraqlıdır, bu axın hotel qiymətlərinə necə təsir edib?

Hazırda paytaxtda olan hotellərin bir çoxu Rusiya vətəndaşları tərəfindən bron edilib. Bu faktı Hotellər və Restoranlar Assosiasiyanın rəhbəri də təsdiq edib.

Assosiasiyanın idarə heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, hotel qiymətləri mənzillərə nəzərən baha olduğu üçün rusiyalılar daha çox mənzillərə üz tuturlar: “Axın davam edərsə, bu hal qiymətlərə təsir edə bilər”.

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru