Amnistiya aktının qəbul edilməsi ölkəmizdə insana verilən dəyərin göstəricisidir - Millət vəkili
16-06-2016, 12:20
Azərbaycanda insan faktoru birinci yerdə durur "28 may Raspublika günü münasibətilə Heydər Əliyev Fondunun prezidenti, millət vəkil Mehriban xanım Əliyeva tərəfindən 20 mayda Milli Məclisə təqdim olunan 10 min nəfəri əhatə edəcək amnistitya aktının icrası 15 iyun Milli Qurtuluş günündə icrasına başlanıb. Belə böyük miqyası əhatə edən amnistiya aktlarını dünyada nadir ölkələr qəbul edə bilir". Bunu İnterAz-a açıqlamasında millət vəkili Azər Badamov söyləyib.
Millət vəkili diqqətə çatdırıb ki, bu, Azərbaycanda insana verilən dəyəri dünyaya göstərəcək bir mesajdır: "Müəyyən maraqlara xidmət edən və onların sifarişlərini icra edən bəzi beynəlxalq təşkilatlar Azərbaycanda insan hüquq və azdlıqlarının pozulması haqqında bəyanatlar verirdi. Bu amnistiya aktı onların yanıldığını göstərir və onlara bir daha sübut etdik ki, Azərbaycanda hətta müəyyən cinayətlər törətmiş və ictimai təhlükəsi olmayan insanları da əfv edilərək onların ictimai həyatda tərbiyə olunması və yaşamalarına şərait yaradılır. Amnistiya aktından da göründüyü kimi əfv olunacaq insanların əhatə dairəsi çox genişdir. Bu onu göstərir ki, Azərbaycanda insan faktoru birinci yerdə durur.