Azərbaycanda pensiyalar artırılır

24-10-2017, 20:42           

Maaş və pensiyaların minimum məbləği artırılacaq

Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumu həddinin tədricən artırılması nəzərdə tutulur.

Bu barədə məsələ 2018-ci ilin dövlət büdcəsinin zərfində nəzərdə tutulur.

Bununla yanaşı əlilliyə, ailə başçısının itirilməsinə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və 1 yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, xalq, əməkdar fəxri ad sahiblərinin təqaüdlərinin, fərdi təqaüdlərin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin Milli Qəhrəmanların, 20 yanvar və digər kateqoriyadan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinin, müharibə veteranlarının, uşağın doğulması və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə birdəfəlik müavinətlərin artırılması planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru