Cərimə meydançasında nə qədər pul ödəməliyik? - Rüsum belədir

27-10-2017, 15:21           

Bu məbləğdən artıq məbləğin tələb edilməsi qanunsuzdur
Cərimə meydançasında ödənilən məbləğ bütün avtomobillər üçün eyni deyil. Cərimələr avtomobillərin modellərinə görə dəyişir. Hüquqşunas Asif Abdullayev Metbuat.az açıqlamasında bildirir ki, yük avtomobillərinin sürücüləri cərimə meydançasında avtomobilin 1 gün saxlanılmasına görə daha çox pul ödəyir: “Belə ki, 3.5 tona qədər ağırlığı olan minik avtomobillərinin sürücüləri 1 AZN, 3.5 tondan 10 tona qədər çəkidə olan avtomobillərin sürücüləri 2 AZN, 10 tondan yuxarı çəkisi olan avtomobillərin sürücüləri isə 3 AZN ödəməlidir. Bu məbləğdən artıq məbləğin tələb edilməsi qanunsuzdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru