Səfər Əbiyev “Məsti Dərgah”ı kimə satır ?

28-10-2017, 09:00           

Keçmiş müdafiə naziri Səfər Əbiyev vəzifədən çıxandan sonra sanki “qeyb” oldu. Onun Çexiya vətəndaşlığını qəbul etməsi, Almaniyada biznesinin olması barədə mediada zaman-zaman xəbərlər yayılıb.

NUH.az-a daxil olan məlumata görə, bu günlərdə Səfər Əbiyev Qubanın ən gözəl istirahət ocaqlarından biri olan “Məsti Dərgah”da olub.
Məlumat üçün qeyd edək ki, məşhur istirahət yeri olan, bahalı otelləri ilə məşhur olan “Məsti Dərgah” Səfər Əbiyevə məxsusdur.
Məlumatlı mənbə NUH.az-a bildirib ki, Səfər Əbiyev “Məsti Dərgah”ı məşhur məmurlardan birinə satmaq üçün oteldə görüşüb.
Mənbə onu da bildirdi ki, bu istirahət zonasının istifadəyə verilməsindən sonra Quba camaatı suya həsrət qalıb. Çünki süni şəlalələr yaratmaq üçün Qubaya gələn suyun qarşısı alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru