Bolqarıstan Kommunist partiyasının villasını alan Azərbaycan investorları kimdir...

20-11-2017, 16:03           
Bolqarıstan Kommunist partiyasının villasını alan Azərbaycan investorları kimdir...
Azərbaycandan olan investorlar Bolqarıstanda vaxtilə Kommunist partiyasına məxsus olmuş villanı alıb və onu restavrasiya edir.

Virtualaz.org Bolqarıstan KİV-lərinə istinadən xəbər verir ki, vaxtilə bolqar kommunistlərinin liderlərinin istirahət məkanı olan “Voneshta voda” spa-otelini alan azərbaycanlı investorlar malikanənin restavrasiyası zamanı onun tarixi görkəmini saxlamağı öhdəyə götürüblər. Layihənin mühüm hissələrindən biri də qədim Roma imperiyası dövrünün hamamlarını xatırladan pilləkanvari mineral su vannalarının bərpasıdır. Artıq malikanənin fasadı, fontanlar təmir olunub, iki mineral su hovuzu bərpa edilib.

Veliko Tırnovoda bolqar kommunistlərinin liderlərinin istirahət kompleksinin ərazisində yerləşən və Todor Jivkovun özünün istifadə etdiyi villanı isə bundan əvvəl daha bir neftlə zəngin keçmiş sovet respublikasından-Qazaxıstandan olan investor Adel Sarsaçev alıb.

Xəbərdə bildirilir ki, rusiyalı və azərbaycanlı brokerlər həmin rayonda daha bir neçə daşınmaz əmlakın alınması üçün danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru