“Azəravtoyol” ASC tənqidlərə operativ cavab verdi - MÖVQE

21-11-2017, 00:18           
“Azəravtoyol” ASC tənqidlərə operativ cavab verdi - MÖVQE
Ötən gün bəzi informasiya saytlarında guya “Saleh Məmmədovun Xudat-Yalama yolunda 5 milyonluq yalanı” başlığı ilə bağlı xəbərlər yayılıb.

Təəsüflər olsun ki, bu cür məlumatın yayılmasına baxmayaraq onu tirajlayan heç bir media qurumu “Azəravtoyol” ASC ilə məlumatın doğru olub-olmadığını dəqiqləşdirməyib. Halbuki, bununla da həm o məlumatı yazan jurnalist, həm də onu yayan media qurumu birbaşa olaraq Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Jurnalistinin Peşə Etikası Kodeksini və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını kobud şəkildə pozub. Tirajlanan xəbərdə dövlət qurumuna qarşı açıq-aşkar qərəz var, həmçinin vəzifəli şəxsə böhtan atılır.

Rəsmi olaraq bildirmək istəyirik ki, yayılan məlumatar həqiqəti əks etdirmir, sözügedən yolun yenidən qurulması tikinti norma və standartlarına uyğun olaraq aparılıb. Onu da əlavə etmək istəyirik ki, asfalt-beton örtüyünün qalınlığı və hərəkət hissəsinin eni fotolarda göstərildiyi kimi ölçülmü və göstərilən “faktlar” xəbərdə yazıldığı kimi nə “yolun tikintisi və genişləndirilməsində ciddi əyər-əskiyə yol verildi”yi deməkdir, nə də ki, “ciddi korrupsiya və maxinasiya əməliyyatı şübhələri” yaradır.

Xahiş edirik ki, bundan sonra “Azəravtoyol” ASC ilə bağlı olan hər-hansı bir məlumatı yayımlamamışdan öncə bizimlə dəqiqləşdirəsiniz və yalnız rəsmi mövqeyimiz olduqdan sonra həmin məlumatı verəsiniz. Əks halda qanunvericiliyə uyğun olaraq addımlar atılacaq.

Bütün bunları nəzərə alaraq sözügedən xəbərdə dəyişiklik edərək bizim rəsmi mövqeyimizi də əlavə etməniz sizdən xahiş olunur. Öncədən təşəkkürümüzü bildiririk!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.