Bu aviaşirkətlərlə su qiymətinə uça bilərsiniz - Siyahı

22-11-2017, 09:42           
Bu aviaşirkətlərlə su qiymətinə uça bilərsiniz - Siyahı
Maddi vəsaitinizin yüksək olmaması arzuladığınız səyahətlərə mane olmamalıdır. Doğrudur, çox zaman aviaşirkətlərin təqdim etdikləri bahalı biletlər bu səyahətlərin gerçəkləşməsinə imkan vermir. Bu zaman sizin yardımınıza loukosterlər çata bilər.

Axar.az dünyanın ən ucuz aviaşirkətlərini təqdim edir:

1. Ryaneyr – Avropanın ən ucuz aviaşirkəti sayılır. Şirkətin təyyarələri üçün biletlər 4 avrodan başlayır. Bu aviaşirkət Avropanın ən böyük loukosteridir. Avişirkət İrlandiyaya məxsusdur.

2. Vizeyr – Avropanın ikinci ən böyük loukosteridir. Macarıstana məxsus olan şirkətin biletlərinin qiyməti 10 avrodan başlayır. Bu şirkət həmçinin Bakıya da uçuşlar həyata keçirir.

3. Norvegian – Norveçə məxsus loukosterdir. Burada qiymətlər 20 avrodan başlayır. Xüsusən Avropadaxili uçuşlar 20-40 avro arası dəyişir.

4. İzijet (Easyjet) – Britaniyaya məxsusdur. Bütün Avropa ərazisində uçuşlar həyata keçirir. Qiymətlər 15 avrodan başlayır.

5. Eyə Berlin – Almaniyaya məxsusdur. Almaniyadan bütün Avropaya uçuşlar təklif edir. Qiymətlər 30 avrodan başlayır.

6. Ukrayna Beynəlxalq Hava Yolları (MAU) – Ukraynaya məxsusdur. Xüsusən İtaliya, Polşa və Rusiyaya uçuşlar həyata keçirir. Qiymətlər 25 avrodan başlayır.

7. Meridiana – İtaliyaya məxsus loukostdur. Qiyməti 30 avrodan başlayır.

8. Peqasus – Türkiyəyə məxsusdur. Avropaya və Yaxın Şərqə uçuşlar həyata keçirir. Qiymətlər 30 avrodan başlayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.