“Atena” şirkətinin sahibinə CİNAYƏT İŞİ AÇILDI - yarım milyonluq dələduzluq edib

9-01-2018, 16:04           
“Atena” şirkətinin sahibinə CİNAYƏT İŞİ AÇILDI - yarım milyonluq dələduzluq edib
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.

teref.az reprot-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru