Oman aviaşirkəti Bakıya reysləri işə salır 4-04-2018, 09:23 Omanın "SalamAir" büdcə aviaşirkəti iyunun 14-dən başlayaraq yay uçuş cədvəli çərçivəsində Maskat-Bakı reyslərini işə salacaq.Trend-in məlumatına görə, uçuşlar sentyabrın 5-dək həftədə iki dəfə həyata keçiriləcək.Qeyd olunur ki, Maskatdan təyyarə çərşənbə axşamı və cümə axşamı günləri saat 23:05-də, Bakıdan çərşənbə və cümə günləri saat 03:20-də yola düşəcək. Facebook-da paylaş