Xırdalan şəhər 3 saylı məktəbdə rüşvət tüğyan edir

22-09-2015, 23:49           
Xırdalan şəhər 3 saylı məktəbdə rüşvət tüğyan edir
Xırdalan şəhərində fəaliyyət göstərən 3 saylı orta məktəbin direktoru Sevinc Əliyevadan şikayət var. Xalqxeber.az-a müraciət edən həmin məktəbin müəlliməsi və bir qrup valideyni iddia edir ki, direktor özbaşınalıqla məşğuldur.
Onun sözlərinə görə, direktor müəllim kollektivi ilə normal ünsiyyət qurmamaqla yanaşı, onlara qarşı kobud davranışları ilə seçilir. Hələ də vəzifə başında qalan Sevinc Əliyeva etika davranış qaydalarına zidd rəftarı müəllimlərdə təəcüb doğurur.
TEREF.İNFO xəbər verir ki,Xalqxeber.az-a müraciət göndərənbir qrup valideyn və müəllimə (adının çəkilməsini istəməyən) daha sonra iddia edir ki, Sevinc Əliyeva məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. «Məktəbdə dərs saatlarından tutmuş, siniflərin paylanmasına qədər hər şey rüşvətlə həll edilir. Təsəvvür edin, birinci sinfə qəbul üçün Sevinc Əliyeva valideynlərdən 500 manat pul alır.
3 saylı məktəbin direktoru haqqında yazan şikayətçi müəllimə vurğulayır ki, bütün bayramlar öz yerində olmaqla, Sevinc Əliyeva qarşıdan gələn Müəllimlər günü öncəsi müəllimlərdən siyahı ilə 100 manatdan pul yığdırır.Məktəblərə havayı paylanılan dərslikləri pulla şagirdlərə satdırtdırır.

Şikayətçilər Sevinc Əliyeva ilə bağlı tədbir görülməsi üçün müvafiq dövləi qurumlarından yardım istəyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.