Rusiyanı heyran qoyan azərbaycanlı gəncdən möhtəşəm final - video

30-04-2016, 14:27           

Rusiyanın Birinci kanalının "Qolos deti" ("Uşaqların səsi") böyük layihəsinin final gecəsi keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycanlı iştirakçı Azər Nəsibov müsabiqənin canlı yayımlanan vokal şou final gecəsində çıxış edib.

Azər Nəsibov müğənni Pelageyanin komandasındakı 3 finalçıdan biri olub. Digər finalçıların adı Taisiya Podqornaya və Vsevolod Rudakovdur.

"Qolos deti" layihəsinin növbəi mərhələsində Azər Nəsibov möhtəşəm çıxış edib. O, dünyada məşhur İtalyan opera müğənnisi Enriko Kruzoya həsr olunan bəstəni ifa edib.
Lakin televiziya tamaşaçılarının səsvərməsi nəticəsində Azər Nəsibov müsabiqənin super-finalına keçə bilməyib. Növbəti mərhələyə Pelageyanın komandasında olan 3 finalçıdan Taisiya Podqornaya adlayıb. Azərbaycanlı iştirakçı Azər Nəsibov aprelin 25-də finala yüksəlmişdi.

Azər 4 yaşından oxuyur. Onun ailəsi Leninqrad vilayətinə Azərbaycandan köçüb və hazırda onların meyvə-tərəvəz mağazası var.

Azərin kumiri Müslüm Maqomayevdir və münsiflər heyəti ondan Azərbaycan dilində mahnı oxumağı xahiş edəndə o məhz Maqomayevin "Azərbaycan" mahnısını ifa edib. Seçim turunda isə istedadlı həmyerlimiz "Scorpions" qrupunun "Maybe I Maybe You" mahnısını oxuyub.
Qeyd edək ki, keçən il də uşaqlar arasında baş tutan "Qolos" səs yarışmasında azərbaycanlılar iştirak ediblər. Ötən ilki yarışmanın qalibi Maksim Fadeyevin komandasında yarışan 14 yaşlı Səbinə Mustayeva olub.

Rusiyanın ən yaxşı uşaq səsi seçilən Səbinə özbəkdir və yarışmaya Daşkənddən qatılıb. Finalda "Aerosmith" qrupunun repertuarından "Crazy" mahnısını ifa edən qız tamaşaçılardan 46 faiz səs yığıb. Yevdokiya Malevskya və Səidə Muxametzyanova isə növbəti yerləri tutub.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.