Azərbaycanda qeyri-adi uşaq hər kəsi heyrətləndirdi – VİDEO

23-06-2017, 09:29           

Salyan rayonunun Boranıkənd kəndində yaşayan üç yaşlı Ömər Zeynalovun bədəni müxtəlif metal əşyaları, eləcə də mobil telefonları maqnit kimi özünə cəzb edir.

teref.az-nun Xəzər TV-yə istinadən məlumatına görə, valideynləri uşaqda olan bu qeyri-adi bacarığı bu yaxınlarda aşkar ediblər. Azyaşlıya dəmir pul verərkən o, həmin pulları bədəninə yapışdırıb.

Valideynləri deyirlər ki, Ömər ağır yükləri qaldırmağı çox xoşlayır. Dəfələrlə evdə böyük əşyaları bədəninə yapışdırmaqla, sanki öz bacarığını daha da təkmilləşdirməyə çalışır. Ömərdə olan bu istedada şübhə edənlər isə telefonlarını onun bədəninə yapışdırmaqla kifayətlənirlər.

Ömərin istedadına güvənən valideynlər onun gələcəkdə bu bacarığını beynəlxalq müsabiqələrdə nümayiş etdirməsini istəyirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru