Elza Seyidcahandan yeni şeer: "onu həmişə soyutmuşam Qorxutmuşam Qovrulmuşam"

28-06-2017, 19:02           

Elza Seyidcahan yeniə şeir yazıb.
teref.az xəbər verir ki, əməkdar artist yenə ampulasındadır. “Əldən getdi” adlı şeirində bəstəkar-müğənni yenə ikibaşlı sözlərdən, ifadələrdən istifadə edib.
Kimin üçün isə
həmişə özümü qorumuşam
Kimə görə isə
onu həmişə soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin,
getsin, getsin
Bir də gördüm,
qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi,
getdi, getdi
Nə qaldı ki bu həyatda.
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdı
Kimlər yedi, kimlər acdı
Kimlər basdı, kimlər asdı
Kimlər aldı, kimlər verdi
Kimlər çaldı mən oynadım
Kimlər yazdı mən oxudum
Kimlər gəldi mən qaçdım
Kimlər gəldi mən satdım
Kimlər gəldi mən verdim
Kimlər gəldi mən yatdım
Satdım gözəliklərimi alanlara
Verdim gözəliklərimi yatanlara
Tökdüm gözəliklərimi yalanlara
Sönsünləe, sönsünlər yanmasınlar
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.