Ərdoğan 23 il öncə Rəhim Qazıyev haqda nə deyib - şok video YENİLƏNİB
2-05-2016, 13:06
Bu günlərdə sosial şəbəkələrdə olduqca maraqlı bir video paylaşılmışdı. Video təxminən 1992-93-cü illərə aiddi. Videoda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyıb Ərdoğan o zamanlar rəhbərliyində təmsil olunduğu Rifah Partiyasının tədbirində Azərbaycana səfəri haqda danışıb.
Ərdoğan partiya yoldaşlarının qarşısında dönəmin müdafiə naziri Rəhim Qazıyev haqda alovlu nitq söyləyir. O. R.Qazıyevi mücahid adlandırır. Bildirir ki, ermənilər R.Qazıyevin başına 100 min dollar qoyublar (yəni kim R.Qazıyevi öldürsəymiş, 100 min mükafat alacaqmış-red.).
Ərdoğan videoda danışır: "Cəbhə bölgəsində olarkən Rəhim Qazıyevin ayaqları üşüyür, bu üzdən başındakı papağını ayağına keçirir. Düşmən zənn edir ki, ayağı Qazıyevin başıdır, ona görə də müdafiə nazirinin ayağına atəş açırlar, yaralanır, amma Allahın möcüzəsi sayəsində sağ qalır".
Xatırladaq ki, Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevral ayına kimi Azərbaycanın müdafiə naziri olub. Ərdoğanın danışdığı hadisə isə 1992-ci ilin yanvar ayının 31-də Şuşa şəhərində olub. Onda R.Qazıyev nazir deyildi. Hadisə Şuşanın müdafiəsində iştirak etmək üçün Bakıdan gedən 109 nəfərdən ibarət könüllülərin məskunlaşdığı məktəbdə olub. Həmin vaxtlar ildırım sürətilə xəbər yayıldı ki, guya ermənilər Rəhim Qazıyevi vurub. Bəzi məlumatlarda onun öldüyü, bəzi xəbərlərdə isə ağır yaralandığı deyilirdi. Sonradan məlum oldu ki, Emin Məmmədov ad-soyadlı bir şəxs Bakıdan gedən döyüşçülərə atəş açıb, hadisə nəticəsində 8 nəfər yaralanıb. Rəhim Qazıyev isə həmin hücumdan salamat qurtarmışdı. nə yaralanıb, nə də ölüb.
P.S. R.Qaziyev teref.az ilə əlaqə saxlayarq Musavatın xatırlatma bölümündə yazılan bütün qeydləri cəfəngiyyat və uydurma adlandırdı.
R.Qaziyev sonra əlavə etdi ki, birdən əgər yazdıqlarının nəyə görə cəfəngiyyat olduğunu bilmək istəsələr və ya fikirlərini müdafiə etmək istəsələr ixtiyari bir vaxtda onlarla dəyirmi masada görüşüb debat apara bilər və dediklərini sübut edər.
[media=https://www.youtube.com/watch?v=G-proebvoqo]
Musavat.com