Qazaxıstanda qədim dövrə aid şəhər tapıldı

28-12-2016, 20:26           

Qazaxıstanda 6-7-ci əsrə aid şəhər tapılıb.

Ölkə.Az xəbər verir ki, qədim Kulan şəhərinin qalıqları Jambıl əyalətində, Şu və Talas çaylarının arasında tapılıb. Şəhər Böyük İpək yolunun üzərində yerləşən ilk məntəqələrdən biri sayılır. Bu yol vasitəsilə zərgərlik məmulatları və ipək daşınıb. Çindən çıxan karvanlar Rusiya və Bizansa yola düşürdü.

Qədim şəhərin qala bürcləri və əhalinin yaşadığı ərazilərdə qazıntılar aparılır. Şəhərin 6-cı əsrə aid olduğu artıq məlumdur. Ərazidə müxtəlif mədəniyyətlər və dinlər fəaliyyət göstərib. Qazıntılar zamanı çini qablar, türgeş dövrünə aid sikkələr, əmək alətləri və dəyirman tapılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru