Türklər prezident üsul-idarəsini istəmir - Sorğu

30-12-2016, 10:12           
Türklər prezident üsul-idarəsini istəmir - Sorğu
Türklərin 51,3%-i referendum keçiriləcəyi təqdirdə ölkənin prezident üsuluna keçməsinə “yox” cavabı verəcəyini açıqlayıb.

Axar.az xəbər verir ki, bu nəticə “Sonar” şirkətinin Türkiyədə apardığı sorğudan sonra ortaya çıxıb. 5000 nəfərin arasında keçirilən sorğuda əhalinin 48,7%-i ölkədəki parlamentar sistemin dəyişilməsinin tərəfdarı olduğunu söyləyib.

Qeyd edək ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası ölkədəki parlament idarəetmə sistemini dəyişmək istəyir. Sistemin dəyişilməsinin əsas tərəfdarı Prezident Rəcəb Tayyib Ərdoğandır. MHP AKP-nin bu təşəbbüsünü dəstəkləyir.

Prezident idarəetmə üsuluna keçməyin əsas əleyhdarı CHP və HDP-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru