Türkiyə zirehli texnikaları Suriyaya doğru gedir

30-12-2016, 21:38           

Türkiyəyə məxsus zirehli texnikalar Suriya sərhədinə göndərilib.

Axar.az xəbər verir ki, İstanbul 66-cı Briqadasına məxsus zirehli texnikalar Qaziantepə gətirilib, daha sonra Suriya sərhədinə doğru yola salınıb.

37 ədəd BMP və ZPT Qaziantep vağzalında qatardan endirilərək yük maşınlarına qoyulub. Çətin hava şəraitinə baxmayaraq, zirehli texnikalar konvoyun nəzarəti altında yola çıxıb. Hərbi geyimlilərin keçidi əsnasında polis briqadaları tərəfindən avtomobil yolu nəqliyyatın hərəkəti üçün bağlanılıb.

Əldə edilən bilgiyə görə, Suriya sərhədinə göndərilən zirehli texnikalar Əl Bab əməliyyatında və Suriya sərhədində istifadə ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru