Terrorun baş verdiyi məkanın sahibi:"ABŞ kəşfiyyatı bunun xəbərini bir həftə əvvəl vermişdi"

1-01-2017, 10:19           

İstanbul terrorunun baş verdiyi «Reina» əyləncə məkanının sahibi Mehmet Koçarslan açıqlama verib.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Koçarslan ABŞ kəşfiyyatının terrorla bağlı bir həftə əvvəldən xəbərdarlıq etdiyini deyib:

«Məkana girən şərəfsizlər «Kalaşnikov»la silahlanmışdılar. İnsanlara atəş açdılar. ABŞ kəşfiyyatı bunun xəbərini bir həftə əvvəldən vermişdi. Dəniz daxil olmaqla, məkana yaxın hər tərəfdə mühafizə gücləndirilmişdi. Sonra nə oldu? Göz görə-görə bu hücum baş verdi».

Xatırladaq ki, hadisə nəticəsində 35 nəfər həyatını itirib, 40-a yaxın insan xəsarət alıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.