Terror xəbərdarlığı olubsa, niyə tədbir görülməyib? –- Türk nazirdən açıqlama
1-01-2017, 12:44
Bu gecə İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da baş verən qanlı teraktla bağlı ABŞ kəşfiyyatının bir həftə əvvəldən xəbərdarlığı olubsa, Türkiyə hökuməti niyə tədbir görməyib?
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daxili işlər naziri Süleyman Soylu jurnalistlərin bu sualını belə cavablandırıb:
«Millətimizin bunu deməyə haqqı var. Həm yerli, həm xarici kəşfiyyatdan məlumatlar gəlib. Xüsusən də İstanbulda yeni ilə bağlı. Və biz də tədbirimizi görmüşdük».
Nazir terrorçuların 3 nəfər olması barədə məlumata da toxunub: «Hələlik görünən odur ki, bir nəfər olub. İçəridə geyimini dəyişdirdiyinə dair də bilgilər var».
Qeyd edək ki, terrorun baş verdiyi «Reina» əyləncə məkanının sahibi Mehmet Koçarslan ABŞ kəşfiyyatının terrorla bağlı Türkiyəni bir həftə əvvəldən xəbərdarlıq etdiyini bildirib.