İstanbuldakı terror aktında yaralanmış azərbaycanlıların adı bilinib

2-01-2017, 08:08           

İstanbulda törədilmiş terror aktında yaralanan digər Azərbaycan vətəndaşının da kimliyi məlum olub.

APA-nın Türkiyə müxbirinin əldə etdiyi məlumata görə, digər yaralanan şəxs Rəşad Vəliyevdir. Onun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edək ki, yanvarın 1-də yerli vaxtla saat 01:15 (Bakı vaxtı ilə 02:15) radələrində naməlum silahlı şəxs İstanbuldakı "Reina" gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb. Hücum zamanı gecə klubunda Yeni il bayramını qeyd edən 600-dək insan olub. Nəticədə 39 nəfər ölüb, 65 nəfər yaralanıb.

***

Bu gecə İstanbulun "Reina" klubuna silahlı hücum nəticəsində yaralanan iki azərbaycanlıdan birinin adı məlum olub.

Türkiyənin Səhiyyə Nazirliyindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, yaralılardan biri Günel Həsənovadır.

Qeyd olunur ki, yaralı Hasaki Eğitim Araşdırmalar Xəstəxanasına yerləşdirilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru