Türkiyə baş nazirinin müavini:“Terroru törədənin şəxsiyyətinin müəyyənləşdirilməsinə yaxınıq”

2-01-2017, 22:12           
Türkiyə baş nazirinin müavini:“Terroru törədənin şəxsiyyətinin müəyyənləşdirilməsinə yaxınıq”
Türkiyənin güc strukturları İstanbulda terror aktı törədənin şəxsiyyətinin müəyyənləşdirilməsinə yaxındır.

Reuters agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. Onun sözlərinə görə, hazırda terrorçunun əl izlərinə dair məlumat və hərəkət etdiyi əsas yerlər müəyyənləşdirilib. Qeyd edək ki, yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. Hadisə nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru